Sistem haqqında

İntelsoft tərcüməçi - İntelsoft şirkəti tərəfindən yaradılmış, mətni rus dilindən Azərbaycan dilinə avtomatik tərcümə etməyə imkan verən tərcümə sistemidir.

Bu sistem vasitəsi ilə siz tərcüməçiyə ehtiyac duymadan rus dilində olan mətni Azərbaycan dilinə anlaşıqlı tərcümə edə bilərsiniz. Əgər siz tərcüməçisinizsə, professional tərcümə zamanı bu sistem sizə yardımçı ola bilər. Bu sistem vasitəsi ilə rus dilli saytları, elektron dərslikləri, e-poçta gələn məktubları və digər lazımlı olan rus dilli mətnləri tərcümə edə bilərsiniz. Bu gün Azərbaycanın ən çox müraciət etdiyi informasiya məkanı rus dilində olduğundan bu sistemin insanlara çox böyük kömək edəcəyinə inanırıq.

Sistemin onlayn versiyası 5000 simvoldan ibarət mətni tərcümə etməyə imkan verir. İntelsoft şirkəti tərəfindən sistem üzərindəki işlər davam etdirilir, onlayn versiya mütəmadi olaraq yenilənir. Onlayn versiyadan əlavə, mətnlə işləmək üçün daha geniş imkanlara malik olan Windows, Mac OS X və Linux versiyaları (desktop) hazırlanmışdır.